Bakı Dövlət Universitetinin gənc müəllimi Araz Əliyev itkin düşüb.
Bakı Dövlət Universitetinin gənc müəllimi Araz Əliyev itkin düşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə musavat.com-a A. Əliyevin həyat yoldaşı Gülarə İsmayılova məlumat verib. O bildirib ki, Araz Əliyev dekabrın 23-də saat 17:00-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. A. Əliyev evdən çıxarkən tanışları ilə qısamüddətli görüşə getdiyini desə də, sonradan ondan xəbər çıxmayıb. 1994-cü il təvəllüdlü Araz Əliyev 2018-ci ildən Bakı Dövlət Universitetinin müəllimidir.
Xəbəri paylaş
Facebook-da paylaş
