Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq portfelinin genişləndirilməsi müzakirə edilib.
Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq portfelinin genişləndirilməsi müzakirə edilib. Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla keçirdiyimiz görüşdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının dinamik inkişafını, ikitərəfli ticarət dövriyyəsinin son iki ildə 50 %-dən çox artdığını, uğurlu investisiya tərəfdaşlığımızı məmnunluqla vurğuladıq. Ölkələrimizin müttəfiqliyinin təzahürü olan iqtisadi əməkdaşlıq portfelimizi genişləndirmək və yeni hədəflərə çatmaq üçün mövcud potensialı reallaşdırmağa davam edəcəyik", - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş