"Azərkosmos" sığortaçı seçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") əməkdaşlarının könüllü tibbi sığortası üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar ilkin sənədləri yanvarın 15-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 23-ü, saat 16:00-a qədər "Azərkosmos"un Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə yanvarın 24-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. 1 illik sığorta xidməti çərçivəsində bir nəfər üçün sığorta məbləği ən azı 10 min manat olmaqla 260 nəfərin sığortalanması nəzərdə tutulur.
Facebook-da paylaş