Prezidenti seçkiləri ilə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub


Dekabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının genişləndirilmiş iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, iclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, dekabrın 20-dək nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilərək qarşıda duran əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}