TƏBİB-in xəstəxanalarında işləyənlərin sayı açıqlanıb
Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 min 84 nəfər əməkdaş çalışır. Şəffaflıq.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, onlardan 53 min 389 nəfəri tibb heyətidir. V.Qurbanov həmçinin xatırladıb ki, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması üçün 17 tibb müəssisəsində xarici ölkələrdə təhsil almış 102 həkim-mütəxəssis işə qəbul edilib.
Xəbəri paylaş
Facebook-da paylaş