Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb.
Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik hesabat tədbirində çıxışı zamanı məlumat verib. "Əgər ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, 1 yaşa qədər ölən uşaqların sayı isə 1 557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 və 959 olub”, - o bildirib. V.Qurbanov deyib ki, ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub: "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə Komissiyalar yaradılıb. Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub”.
Facebook-da paylaş