Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində məlumat verib. “Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb”, - səfirin paylaşımında yazılıb. E.Süleymanov həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.
Facebook-da paylaş