İsrail ordusu Livana zərbələr endirib


İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən "Hizbullah" təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.

Şəffaflıq.az -ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Har Dov ərazisi istiqamətində zərbə qeydə alınıb. İsrail Müdafiə Qüvvələrinin tankı cavab tədbirləri görüb”, - məlumatda deyilir.

Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopteri də Livanda "Hizbullah" terror təşkilatının infrastrukturuna və hərbi kompleksinə zərbələr endirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}