Ölkə ərazisində qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək
Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb. Külək: Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib. Duman: Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb. Şəffaflıq.az
Facebook-da paylaş