Ağdam-Xankəndi yolunda qəzaya düşən PFL əməkdaşları Bakıya göndərilir
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir. Bu barədə qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. O həmçinin daha beş nəfərin qəzada yaralandığını söyləyib. S.Abdullayev bildirib ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xasarətləri alıblar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş