Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5 % səviyyəsində saxlanılıb.


Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5 % səviyyəsində saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında bildirilir.

“Əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri sabiq qalaraq müvafiq olaraq 4,50 %, 4,75 % və 4,00 % təşkil edəcək”, - məlumatda qeyd edilib.

Bundan başqa, ECB cari il üçün avrozonanın ÜDM artımı proqnozunu sentyabrda gözlənilən 0,7 %-dən 0,6 %-ə endirib. 2024-cü il üçün proqnoz da əvvəllər gözlənilən 1 %-dən 0,8 %-ə endirilib. 2025-ci ildə ECB avrozonanın ÜDM-nin 1,5 % artacağını gözləyir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}