YAP sabah prezidentliyə namizəd irəli sürəcək

YAP sabah prezidentliyə namizəd irəli sürəcək

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

Şəffaflıq.az-ın xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}