DİN zəlzələ ilə bağlı məlumat yayıb
Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafat barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat daxil olmayıb. Bu barədə DİN-dən bildirilib. Qeyd edək ki, dekabr 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş