Azərbaycan İnvestisiya Holdinqi xidməti avtomobillərinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
Azərbaycan İnvestisiya Holdinqi xidməti avtomobillərinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 20-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 28-i, saat 17:00-a qədər holdinqin Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə dekabrın 29-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş