Bakıda "Gömrük-Biznes Forumu 2023" keçirilir


Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023" keçirilir.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyevin ölkənin dayanıqlı inkişafı istiqamətində həyata keçirdiyi irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidmətinin reallaşdırdığı layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhərəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il 30 yanvar tarixində keçirilmiş beş illik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb.

Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İNKİŞAF Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.

Sonra Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr keçiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}