“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.


“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.

Şəffaflıq.az   Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatlarındakı ümumi qol sayını 200-ə çatdırıb.

XIII turda “Turan Tovuz”la qarşılaşmada vurulan ilk qol yubileylə əlamətdar olub.

Bundan başqa, paytaxt təmsilçisi 2018/2019 mövsümündən çıxış etdiyi elitada 60-cı dəfə 3 xalın sevinci yaşayıb. Bu həm də “Sabah”ın səfərdəki 30-cu qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a isə 77-ci oyununda çatıblar.

“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin vaxt səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun heyətində Marko Deviç fərqlənmişdi.

Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}