Şəki şəhərində ev yanıb.
Şəki şəhərində ev yanıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib. İlkin ehtimala görə, yanğın qaz sobasından baş verib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş