İran-Azərbaycan sərhədində 5 kiloqrama yaxın narkotik tapılıb


Noyabr ayının 2-si İran İslam Respublikasının sərhəd nümayəndəliyinin verdiyi məlumat əsasında müəyyən edilib ki, dövlət sərhəd xətti yaxınlığında, Azərbaycan Respublikası ərazisində narkotik vasitələr gizlədilib.

Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Xudafərin kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən həyata keçirilmiş axtarış tədbirləri nəticəsində 4 kiloqram 690 qram narkotik vasitə (4 kq 345 qr marixuana və 0.305 qr metamfetamin) aşkar olunaraq götürülüb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}