Bayden administrasiyası islamofobiya ilə mübarizə strategiyası hazırlayır
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası islamofobiya ilə mübarizə strategiyası hazırlayacağını açıqlayıb. Şəffaflıq.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib. Onun sözlərinə görə, uzun müddət Amerikada müsəlmanlar nifrət hücumlarına və ayrı-seçkiliyə məruz qalıblar. Ağ Evdən bildiriblər ki, strategiya bu işdə maraqlı olan icmalarla birgə hazırlanacaq. ABŞ hökuməti artıq bütün ölkədə antisemitizmlə mübarizə planını işə salıb.
Xəbəri paylaş
Facebook-da paylaş