“Liverpul”un ulduzu Məhəmməd Salah daha bir rekorda imza atıb.
“Liverpul”un ulduzu Məhəmməd Salah daha bir rekorda imza atıb. Şəffaflıq.az xəbər verir ki, misirli Avropa Liqasında Fransanın “Tuluza”sı ilə matçın ikinci hissəsində meydana daxil olub və əlavə vaxtda qol vuraraq mersisaydlıların 5:1 hesablı qələbəsini töhfə verib. Bu qol Salahı Avropa klub yarışlarında ingilis komandaları üçün ən çox qol vurmuş rekordçu edib. Əvvəllər bu rekord Londonun “Arsenal” klubunun fransalı hücumçusu Tyerri Anriyə məxsus idi. Daha öncə Salah və Anri 42 qolla birinci yeri bölüşürdülər, lakin misirlinin “Tuluza” ilə oyunda vurduğu qoldan sonra indi onun adına 43 qol var. Xatırladaq ki, Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a keçmişdi. 2017/2018 mövsümündə o, qolların sayına (32) görə İngiltərə Premyer Liqasında (İPL) rekord qırıb.
Facebook-da paylaş