Palata: "Auditorların Maliyyə Monitorinqi Xidmətində qeydiyyatı yekunlaşıb"
Azərbaycan Auditor Palatasının üzvləri olan auditorların Maliyyə Monitorinqi Xidmətində (MMX) qeydiyyatı yekunlaşdırılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə riayət edilməsi ilə bağlı icra vəziyyətinin yaxşılaşdırılması barədə Auditorlar Palatasının sədrinin 29 avqust 2023-cü il tarixli sərəncamına əsasən Palatanın müvafiq şöbəsinə 3 gün müddətində Maliyyə Monitorinqi Xidmətindən (MMX) qeydiyyatdan keçməyən Auditorlar Palatasının üzvlərinə xəbərdarlıq məktubunun göndərilməsi və həmin üzvlərin bir ay müddətində MMX-dən qeydiyyatdan keçmələrinin təmin edilməsi tapşırılırdı. Palatanın cavabında qeyd edilir ki, Auditorlar Palatasının Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsi tərəfindən Maliyyə Monitorinqi Xidmətində qeydiyyatdan keçməyən Palata üzvləri ilə qeydiyyatdan keçmələri istiqamətində işlər aparılmış, onlara müvafiq sahədə xəbərdarlıq və maarifləndirmə xarakterli məktublar və məlumatlar göndərilib. "Nəticədə həmin auditor təşkilatları və sərbəst auditorların MMX-dən qeydiyyatdan keçmələri tam sayda təmin edilib və bu proses mütəmadi olaraq nəzarət altında saxlanılır", - Palata deyir. Şəffaflıq.az
Facebook-da paylaş