Xəzərdə balıqçılar batıb, onlardan biri xilas ola bilib
Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib. “Report” un Şimal bürosunun araşdırmasına görə, onlardan biri xilas ola bildi. Lakin Şabran rayon sakini, 1962-ci il üstün Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub. Hazırda Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri ilə balıqçıların axtarışları davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş