“Azərkosmos”a yeni səlahiyyət verilib



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Azərbaycanda filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun istismar etdiyi xarici kosmik obyektdən birbaşa yer stansiyası vasitəsilə mülki təyinatlı ilkin informasiyaların qəbulunu həyata keçirəcək.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, “Azərkosmos” mülki təyinatlı ilkin informasiyaların qəbulunu aşağıda göstərilən ayırdetmə göstəriciləri ilə həyata keçirəcək:

- Sintez olunmuş aperturalı (SAR) radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

- Digər növ radar müşahidə cihazı olan kosmik obyektdən 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

- Optik müşahidə cihazı olan kosmik obyektdən multispektral (MS) 2 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

- Optik müşahidə cihazı olan kosmik obyektdən panxromatik (PAN) spektrdə 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya;

- Müşahidə cihazı olan kosmik obyektdən spektrin digər növlərində 0,5 metr və daha yüksək ayırdetməli ilkin informasiya.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}