Parisdə şübhəli zəng: Versal sarayı təxliyə edildi
Fransa paytaxtı Paris ətrafında yerləşən Versal sarayı bomba təhlükəsi ilə bağlı şübhəli zəngə görə təxliyə edilib. Bu barədə muzeyin “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verilib. “Təhlükəsizlik məqsədilə Versal sarayında təxliyə elan edilib”, - deyə məlumatda bildirilib. Muzeyə partlayıcı maddələr üzrə ekspertlər göndərilib. Xatırladaq ki, oktyabrın 14-də də eyni səbəbdən Versal boşaldılmış, hətta Luvr muzeyi belə bağlanmışdı. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş