Azərbaycanda bağlanmış banklarda xarici valyutada olan əmanətlər necə kompensasiya edilir?



Azərbaycanda hansısa bank ləğv olunduğu halda orada yerləşdirilmiş milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir.

Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

“Bu proses “Əmanətlərin sığortalanması haqqında” Qanunla tənzimlənir. Əmanətlər ABŞ dolları və yaxud avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur”, - deyə məlumatda qeyd olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}