Azərbaycan qeyri-neft ixracını 11 faiz artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş