Xəzər rayonunda yanğın olub, 1 nəfər ölüb


Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}