Milli Məclis Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edib
Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Şəffaflıq.az xəbər verir ki, layihəyə əsasən, Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbəri paylaş
Facebook-da paylaş