Salyanda bələdiyyə sədri ölüb
Salyanda bələdiyyə sədri ölüb. “ Report "un Aran bürosunun araşdırmasına görə, rayonun Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov bu gün axşam saatlarında Şirvan Şəhər Mərkəzi xəstəxanasında vəfat edib. Yaxınlarının dediyinə görə, mədəaltı vəzisinin şişməsi onun şəkərini qaldırıb. Qeyd edək ki, Famil Məmmədov 1978-ci ildə rayonun Şorsulu kəndində doğulub. 8 ildir ki, kənd bələdiyyəsinin məsul vəzifəsində işləyirdi. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş