Dövlət Vergi Xidmətinin strukturunda dəyişiklik edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan qurumların sayı 21-dən 24-ə çatdırılıb. Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib. Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib. Xidmətin strukturunda Maliyyə monitorinqi şöbəsi yaradılıb. Bundan başqa, Xidmətin strukturuna 22 yerli qurum da daxildir. Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar aşağıdakılardı: 2 saylı Ərazi Vergilər Baş İdarəsi, 3 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 9 saylı Ərazi Vergilər İdarəsi, 10 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, 14 saylı Ərazi Vergilər İdarəsi, Ağdam Rayon Vergilər Şöbəsi, Cəbrayıl Rayon Vergilər Şöbəsi, Zəngilan Rayon Vergilər Şöbəsi, Qubadlı Rayon Vergilər Şöbəsi, Kəlbəcər Rayon Vergilər Şöbəsi, Laçın Rayon Vergilər Şöbəsi, Füzuli Rayon Vergilər Şöbəsi, Şuşa Rayon Vergilər Şöbəsi, Xocalı Rayon Vergilər Şöbəsi, Xocavənd Rayon Vergilər Şöbəsi. Şəffaflıq.az
Facebook-da paylaş