Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Şəffaflıq.az xəbər verir ki, iclasda ilk olaraq son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 1 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Bundan başqa, Vəkillər Kollegiyasının "Mübahisələrin alternativ həlli" Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir qrup vəkilin müraciətinə baxılaraq müsbət qərar qəbul edilib, eyni zamanda, Kollegiyanın "Biznes hüququ" Komitəsinin Əsasnaməsində və "Vəkil qurumlarının təșkili və fəaliyyəti haqqında" Qaydalara dəyişiklik layihəsinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

O cümlədən, iclasda Vəkillər Kollegiyası tərəfindən elan olunmuş "Vətənim Azərbaycan" III vəkil bədii yaradıcılıq müsabiqəsi" ilə bağlı təqdim olunmuş əsər və hekayələr qiymətləndirilib. Daha sonra gündəliyə uyğun olaraq vəkillərin başqa vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olma məsələsinə baxılıb.

Həmçinin, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}