Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb.
Xaçmaz rayonunda 43 yaşlı kişi dənizdə batıb. Şəffaflıq.az -ın məlumatına görə, hadisə Nabran kəndində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Emin Tofiq oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb. E.İsmayılovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş