Xəzərdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Dübəndi” sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh" və "Qobustan" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.
Xəbəri paylaş
Facebook-da paylaş