Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.
Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş