Marsda yeni kraterlər aşkarlandı

 

Neyroşəbəkə tərəfindən Marsın səthində MRO (Mars Reconnaissance Orbiter) zondunun fotoları analiz edildikdən sonra bir neçə yeni krater aşkar edilib.

Şəffaflıq.az bildirir ki, bu barədə NASA Reaktiv Hərəkət Laboratoriyasının veb-saytında məlumat verilib.

Bildirilir ki, kraterlər 8-10 il əvvəl meydana gəlib.

Corciya Texnologiya Universitetindən olan astronom Maykl Munyenin sözlərinə görə, alimlərin məqsədi belə bir sistemi Mars orbital zondlarının bort elektronikasına tətbiq etməkdir. O, hazırda zondların çəkildiyi bütün görüntülərin Yer üzündəki mütəxəssislər tərəfindən təhlil edildiyini və bunun üçün uzun müddət vaxt tələb olunduğunu qeyd edib.

“Ümid edirik ki, gələcəkdə süni intellekt sistemləri hələ orbitdə olarkən elm adamlarını maraqlandıran fotoşəkillər seçəcək”, - deyə, Munye əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}