Bu gün Xəyyam Daşdəmirovun şəhid olmasının 40-cı günüdür

 

21 avqust 2020-ci il tarixdə saat 10:00-dan başlayaraq İsmayıllı rayon rəhbərliyinin, millət vəkillərinin, eləcə də rayon ictimaiyyəti, gənclər, könüllülər, Qarabağ döyüşlərində və ümumi səbəbdən sağlamlıqlarını itirmiş əlillər, müharibə veteranları, ehtiyyatda olan zabitlər və digər sakinlər şəhid Xəyyam Daşdəmirovun məzarını ziyarət edib.

     

İlk öncə Rayon rəhbərliyi tərəfindən şəhidin məzarı ziyarət olunub, xatirəsi anılıb, məzarı üstünə əklillər qoyulub, gül dəstələri düzülüb və ruhuna dualar edilib. Daha sonra şəhidin ailəsinin evinə gedilib, doğmalarına baş sağlığı verilib. 


Eyni qaydada ictimaiyyətin nümayəndələri də karantin qaydalarına əməl olunması şərtlərini gözləməklə mərhələli şəkildə ziyarətdə iştirak ediblər. Tədbir zamanı koronavirusa qarşı qabaqlayıcı zəruri profilaktik işlər görülüb. Burada bio-smart dezinfeksiya keçidi quraşdırılıb. Bio-smart dezinfeksiya keçidi üzərində əlavə əl dezinfeksiya dispenseri də yerləşdirilib, həmçinin ziyarətçilərin məsafədən hərarətlərini ölçüb. 


  

 

    


Tibbi maskaları olmayan şəxlər müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Məlumat üçün bildiririk ki, rayon rəhbərliyi tərəfindən şəhidin məzar daşı qoyulub, ətrafı abadlaşdırılıb.

Balik kəndi istiqamətində magistral yoldan şəhidin ailəsinin yaşadığı mənzilə qədər, 1 kilometr məsafədə olan yol və evin həyəti asfaltlanıb.

     
 
Qeyd edək ki, 20-21 avqust 2020-ci il tarixlərdə İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş Karate-Do üzrə açıq ölkə turniri keçirilib. Xatırladaq ki, Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində anadan olub. O, bu ilin iyul ayında, Tovuz istiqamətində hərbi xidmət zamanı düşmən təxribatının qarşısı alınarkən şəhid olub.


Şəffaflıq qəzetinin təsisçisi
    və baş redaktoru
     Vahid İsmayılov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}