Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib


Prezident İlham Əliyev Milli Məclisin iyulun 4-də qəbul etdiyi "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.

Şəffaflıq.az xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}