“Real”ın futbolçuları Ronaldu ilə görüşdülər


Madridin “Real” klubunun futbolçuları Vinisius Junior və Rodriqo, həmçinin baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanında Kriştianu Ronaldu ilə görüşüblər.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Onlar Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduzla xatirə şəkli çəkdiriblər. 

Karlo Ancelotti hesab edir ki, Ronaldu “Ən-Nəsr”ə keçməkdə “düzgün qərar” verib.

Qeyd edək ki, Ronaldu 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}