Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin şagirdləri e Twinning “ Minik cüzdanlar”layihəsi üzərində Türkiyə məktəb şagirdləri ilə əməkdaşlıq edirlər.
Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin şagirdləri e Twinning “ Minik cüzdanlar”layihəsi üzərində Türkiyə məktəb şagirdləri ilə əməkdaşlıq edirlər. Bu barədə Şəffaflıq.az-a Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbindən bildirilib. “Minik cüzdanlar” layihəsində Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin ibtidai sinif müəllimi Musayeva Nigar və Türkiyə məktəblərindən olan Derya Tekin,Gülnur Say,Mümüne Toprak,Hacer Demirkıran,Filiz Karaçam və bir qrup şagirdləri iştirak etmişdir. Layihədə şagirdlərə pulu tanımaq üçün,onlara pulun hansı məqsədlə və necə istifadə edildiyini başa düşmələri üçün imkan yaradılır.Şagirdlərin fərdi olaraq ehtiyac və istəklərini ayırd etmələri üçün, pulun xərclənə,paylaşıla və yığıla bilən bir şey olduğunu başa düşmələri üçün müxtəlif fəaliyyətlərə cəlb edilməsi hədəflənir.Layihədə şagirdlərə qənaət etmənin əhəmiyyətini başa salmaq,mal və xidmət anlayışlarını təmin etmək,pulu qazanmaq üçün işləmək lazım gəldiyini,büdcənin nə olduğunu, büdcəni necə idarə etmək lazım olduğunu dərk etmələrini təmin etməyi hədəfləyirik.Bütün bu hədəfləri həyata keçirərkən Sabir qəsəbə A.Alxanov adına məktəbin müəllimi və şagirdləri internet üzərindən layihənin digər ortaqları olan Türkiyə məktəblərinin müəllimləri və şagirdləri ilə əməkdaşlıq edirlər. Müəllif:Musayeva Nigar. Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin ibtidai sinif müəllimi
Facebook-da paylaş