"Minik kalbimdeki öfkeyi sukünete dönüştürüyorum" Azərbaycan və Türkiyə məktəblərinin birgə layihəsi
Minik kalbimdeki öfkeyi sukünete dönüştürüyorum layihəsində Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin ibtidai sinif müəllimi Dadaşova Könül və Türkiyə məktəblərdən olan Filiz Karaçam, Derya Tekin, Seval Ayhan, Asuman Akbaş, Çiğdem Koç,Esra Arslan və bir qrup şagirdləri iştirak etmişdir. Bu barədə Şəffaflıq.az -a Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbindən bildirilib. Layihədə şagirdlərin hirsli, əsəbi olduqları zaman nə etməli olduqları barədə müzakirələr aparılıb. Şamaxi rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin müəllimi və şagirdləri internet üzərindən layihənin digər ortaqları olan Türkiyə məktəblərinin müəllimləri və şagirdləri ilə əməkdaşlıq ediblər. Təhsil və təlim fəaliyyətinin keyfiyyətini artırmaq üçün bu cür E-Tvinnq fəaliyyətləri məktəblərimizdə çox əhəmiyyətli töhfələr verir. Dadaşova Könül. Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin ibtidai sinif müəllimi
Facebook-da paylaş