Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb və Türkiyə məktəblərinin “Eğlencem lapbook” eTwinnig layihəsi uğurla həyata keçirilir.

Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb və Türkiyə məktəblərinin “Eğlencem lapbook” eTwinnig layihəsi uğurla həyata keçirilir.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin tarix müəllimi Lətafət Vəliyevanın və şagirdlərinin Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri layihədə şagirdlər yaradıcı təfəkkür bacarıqlarını inkişaf etdirirlər, tədris prosesində fəal iştirak edirlər,birgə işləyərək və məsuliyyət hissini inkişaf etdirirlər. Tullantı materialları qiymətləndirərək təkrar emalın əhəmiyyətini anlaya bilirlər.
 Layihədə aylıq işləri planlaşdıraraq tapşırıqları bölüşdürməyi planlaşdırılıb. Hər ay tərəfdaş məktəblərin şagirdlərinin fəal iştirakını təmin edəcək tədbirlər təşkil edilib.
 Təhsil və təlim fəaliyyətinin keyfiyyətini artırmaq üçün bu cür e-Twinninq fəaliyyətləri məktəblərimizə çox əhəmiyyətli töhfələr verir.Bu layihə şagirdlər üçün yeni öyrənmə imkanları təqdim etdi. Şagirdlər dərsə daha çox həvəsli oldular. Digər məktəblərdən və ya ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət quraraq fərqli mədəniyyətləri tanıdılar. Veb texnologiyalarının təhsil məqsədləri üçün də istifadə oluna biləcəyini anladılar.


Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin diretoru: Gülnurə Babaşova 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}