“DepremsizYaşam”eTwinning layihəsi Azərbaycan və Türkiyə məktəblərinin birgə layihəsi keçirilib.

 
 “DepremsizYaşam”eTwinning layihəsi Azərbaycan və Türkiyə məktəblərinin birgə layihəsi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, 2021-ci  il yanvar ayında həyata keçirilməyə  başlayan “DepremsizYaşam”eTwinning layihəsi Azərbaycan və Türkiyə məktəblərinin birgə layihəsidir. Layihədə Azərbaycandan Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşova və məktəb şagirdləri iştirak etmişdilər. Türkiyə məktəblərindən Osman Hayri Topuz Elazığ Akçakiraz Yüzbaşı İlkokulu, Okan Erdem Şemsi bey İlkokulu Van/Tuşba, Seda Erdoğan  Mustafa Kemal İlk okulu Çanakkale,  Şemsinur Korkmaz Narlısaray İlk okulu Samsun, Ahmet Korkmaz Karkucak İlk okulu Samsun,  Fatma BalcıAsarlık TOKİ İlkokulu Menemen İzmir, Erdoğan Çetindağ 2002 Vakıflar İlkokulu Şanlıurfa,  Yasemin Güney Doğan Kuvayı Milliye İlkokulu Kocaeli,Canan Köse Kütük Demirkent TOKİ İlkokulu Erzincan və  Çağla Maraşlı Akıncılar İlkokulu Sivas iştirak ediblər. Layihə boyunca müəllim və şagird webinarları, web2.0 proqram  çalışmaları İlə şagirdlər zəlzələ zamanı qorunmağın  yollarını,zəlzələdən sonra sağ qalmaq və dağıntılar altında qalan insanlara ilk yardım etmək yollarını  öyrəndilər. Zəlzələ öncəsi, zəlzələ zamanı  və zəlzələdən sonra nələr etmək lazım olduğunu öyrənməklə bərabər  bunu birgə toplantıda müzakirə edib paylaşdılar.
                               

Şəffaflıq.az  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}