Azərbaycan müəllimi ən şərəfli peşələrdən biridir...

 

Dostumuz Toğrul müəllimin sosial şəbəkələrdə öz anasına ünvanlanmış təbrik məktubu paylaşılıb. Şərəfli peşə sayılan Azərbaycan müəlliminə həsr olunmuş həmin məktubu müəyyən texniki düzəlişlərlə dərc edirik.
 
Bizim ailəmiz “müəllim” ailəsədir desək yanılmarıq. Mən, atam, anam qardaşım və.s. İllərdir öz zəhmətləri ilə Vətənə, Dövlətə, Millətə xeyir vermiş və biz özümüz də valdeynimizdən öyüd – nəsihət götürərək, valdeynlərimizin davamçısı kimi bu şərəfli peşəyə yiyələnmişik.

Anam Şıxıyeva Südabə Babayar qızı 20.08.1960-cı ildə Şamaxı rayonuda anadan olub. Hələ universitetə daxil olmamışdan öncə o, Şamaxı şəhərində “Yeni Şirvan” qəzetində işləyirdi. O, Gəncə Dövlət Pedoqoji Universteti fərqlənmə diplomu ilə bitirib.

Ali təhsilini başa vurduqdan sonra anam Şamaxı rayon Şəhriyar qəsəbəsindəki orta məktəbdə "Azərbaycan dili və Ədəbiyyat" müəlliməsi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra o, bu peşə fəaliyyətini Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbəsi tam orta məktəbində davam etdirməyə başlamış və indiyədək də orada çalışır. Eyni zamanda anam Şamaxı rayon A.Alxanov adına Sabir qəsəbəsi tam orta məktəbin Azad Həmkarlar Təşkilatının sədri vəzifəsində də işləmişdir.

Nəhayət 36 illik müəllimlik fəaliyyətini davam etdirdən anam S.Şıxıyevanın elmi məqalələri, Beynəlxalq Konfraslardakı çıxışları, Respublika səviyyəli tədbirlərdə dəfələrlə iştirakına dair elmi-praktiki materiallar müxtəlif elmi jurnallarda və kitablarda işıq üzü görmüşdür.

Anamın belə fədakar fəaliyyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən dəyərləndirmiş və o “Yubiley döş nişanı" medalı ilə təltif edilmişdir. Bu münasibətlə anamı təbrik edirəm.

Biz "Şəffaflıq.az" qəzetinin və saytının kollektivi də dostumuz Toğrul Şıxıyevin təbrikinə qoşulur, onun anası Südabə müəlliməyə peşə fəaliyyətində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. 


Şəffaflıq.az kollektivi adından
Baş redaktor V.Y.İsmayılov,
Baş redaktorun birinci müavini
Y.M.Məhərrəmov

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}