Şamaxı rayon Sabir qəsəbə tam orta məktəb və Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri eTwinning “ Öğrenmeyi öğreniyoruz”layihəsi uğurla həyata keçirilir.
Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin tarix müəllimi Lətafət Vəliyevanın və şagirdlərinin Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri eTwinning “ Öğrenmeyi öğreniyoruz”layihəsi uğurla həyata keçirilir. Bu barədə Şəffaflıq.az-a Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbindən bildirilib. Layihədə Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb, Oğuzhan məktəbi, Şehit Fuat Oğuzcan məktəbi, 15 Temmuz Şəhidlər məktəbi, Necip Fazıl Kısakürek Orta məktəbi, Atatürk məktəbi, Kacaaliler məktəbi, Hikmet Çetin məktəbi, H.Axundov 3 nömrəli məktəb, Elazığ Bələdiyyəsi məktəbi, Toki yemişlik məktəbi , Yenişehir məktəbinin müəllim və şagirdlərinin iştirak edirlər Layihədə tələbə mərkəzli tədqiqatlar aparmağı hədəfləyirik. Layihəmiz şagirdlərin fəal iştirak etdiyi, həyata keçirərək və yaşayaraq öyrənmə mühiti yaratmaq məqsədlərini ehtiva edir. Şagirdlərimizin öyrənmə ehtiyaclarını müəyyən edərək daha əyləncəli öyrənmə mühitləri yaratmağı hədəfləyirik. Bu layihə ilə şagirdlərimizdə layihə əsaslı iş və şagirdlərimiz arasında əməkdaşlığı inkişaf etdirmək istənilir. Təhsil və təlim fəaliyyətinin keyfiyyətini artırmaq üçün bu cür eTwinninq fəaliyyətləri məktəblərimizə çox əhəmiyyətli töhfələr verir. Şamaxı rayon Sabir qəsəbə. A.Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşova 4 ildir ki eTwinning layihələrində çalışır. Məktəbdə yaratdığı şərait və motivasiya nəticəsində məktəb müəllimləri və şagirdləri bu illər ərzində eTwinning layihələrindən çox sayıda həm ölkə keyfiyyət nişanı həm də Avropa keyfiyyət nişanları ilə təltif olunublar. Layihə rəhbəri olan Lətafət müəllim bunda əvvəl 5 eTwinning layihəsində iştirak etmiş Azərbaycan və Avropa keyfiyyət nişanlarına layiq görülmüşdür. Müəllif: Vəliyeva Lətafət. Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin tarix müəllim
Facebook-da paylaş