Sabir qəsəbə tam orta məktəbi eTwinningdə Türkiyə məktəbləri ilə tarixi araşdıran "400 yıl sonra aynı rota"layihəsi uğurla həyata keçirilir .

    Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb və Türkiyə məktəblərinin “400 yıl sonra aynı rota” eTwinnig layihəsi uğurla həyata keçirilir.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, tarix müəllimi Lətafət Vəliyevanın və şagirdlərinin Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri layihəmizdə Övliya Çələbinin səyahət etdiyi yerlər  haqqında araşdırmalar apararaq həmin bölgələrdə tarixi, sosioloji və mədəni dəyişikliklərin fərqinə varılması ilə bağlı fəali yyətlər olub.  Məqsədimiz layihəmizədə iştirak edən şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək, əldə edilən nəticələri bugünkü, fəaliyyətlərdə fərdi fəaliyyətlərlə müqayisə etmək; Şagirdlərin kiçik, böyük və qarışıq qruplarda işləmək bacarığının inkişaf etdirilməsi və web 2 alətlərindən səmərəli istifadə kimi əsas məsələlərə əsaslanır.  İş prosesində biz partnyorlarımızla məktəb qruplarında və qarışıq qruplarda işləməyi planlaşdırdıq.Tanıtma və təqdimat fəaliyyətlərini həftəlik, layihənin addımlarını isə 15 günlük fəaliyyətlər kimi planlanlaşdırdıq. Hər bir fəaliyyətdən əvvəl, yəni ayda iki dəfə fəaliyyətin qiymətləndirilməsi müəllimlərin iclasları ilə başa çatır və yeni fəaliyyətə hazırlıq nəzərdən keçirildi. Tələbələr fərdi, lakin əsasən məktəblər arasında qarışıq qruplarla işləyə biliblər.
   Şamaxı rayon Sabir qəsəbə A.Alxanov müəllim və şagirdləri internet üzərindən layihənin digər ortaqları olan Türkiyə məktəbləri müəllim və şagirdləri ilə əməkdaşlıq ediblər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}