Rusiyanın Saxalin vilayətində güclü yanğın baş verib.
Rusiyanın Saxalin vilayətində güclü yanğın baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə Poronayski şəhərinin Vostok kəndində qeydə alınıb. Belə ki, 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın 2,1 min kv.m ərazini əhatə edib. İlkin versiyaya görə, hadisəyə səbəb yanğınla ehtiyatsız davranma olub. Güclü külək yanğının söndürülməsini çətinləşdirib. Ümumilikdə yanğının söndürülməsinə 21 nəfər canlı qüvvə və 7 texnika cəlb olunub.
Xəbəri paylaş
Facebook-da paylaş