Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub
Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb. Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub. Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Xəbəri paylaş
Facebook-da paylaş