Solomon adaları sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.


Solomon adaları sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 6,1 min insanın yaşadığı Gizo şəhərindən 49 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}