Əsas Səhifə > XARİCİ XƏBƏR > Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub


21-05-2024, 09:32


Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub.

Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.


Geri qayıt