Deputatdan təklif: Aliment məsələsində tək qadınların deyil, kişilərin də hüquqları düşünülməlidir


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva işsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün müəyyən çıxış yolları tapılmasını təklif edib.

Şəffaflıq.az-ın məlumatına görə, J.Əliyeva bildirib ki, işsiz kişilər ayrıldıqdan sonra övladını saxlamaq üçün aliment vermək məcburiyyətində qalır.

“Belə kişilərin alimenti necə ödəməsi açıq qalan məsələdir. Hesab edirəm ki, bu məsələdə tək qadınların deyil, kişilərin də bu hüquqları barədə düşünülməlidir. İşsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün uyğun yollar axtarılması yaxşı olardı”, - deputat qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}